WhatsApp Plus yeniləmə qaydası

WhatsApp Plus yeniləmə qaydası

Nə üçün tez-tez yeniləmə bildirişləri gəlir?

Yeni funksiyaların əlavə edilməsi, xətaların aradan qaldırılması və istifadə müddəti uzadılması üçün WhatsApp Plus mod versiyaları üçün müəyyən vaxt aralığı ilə yeni versiyalar yayımlanır. Yeniləmə mövcud olduğu zaman bu barədə istifadəçilərə məlumat göndərilir.

Nə üçün hər ay yeniləmə bildirişi gəlir?

Bildiyiniz kimi WhatsApp Mod versiyalar üçün müəyyən bir müddət aralığı ilə yeni versiyalar yayımlanır. Bu yeniləmələr ilə bir çox hallarda WhatsApp-da olan xətəlar aradan qaldırılır, yeni funksiyalar əlavə olunur və istifadə müddəti uzadılır. Yeniləmə mövcud olduğu zaman bu barədə istifadəçilərə məlumat göndərilir.

Mesajların və faylların itməməsi üçün WhatsApp-ı necə yeniləməli?

Bəzi istifadəçilər WhatsApp-ı yeniləmə prosesini yerinə yetirmək üçün WhatsApp-ı silir və yenidən yeni versiyanı yükləyir. Belə olduğu zaman istifadəçi əgər mesajları və faylları nüsxələməyibsə onları geri qaytara bilmir. Bu cür problemlərlə qarşılaşmamaq üçün istifadə etdiyiniz WhatsApp`ın paket adını (package name) bilməyiniz və yeniləmə bildirişi gəldiyi zaman əvvəlki versiyanı silmədən uyğun WhatsApp`ı (eyni paket adı ilə olan) yükləməyiniz kifayətdir.

5/5 - (1 səs)
0 Comments
Inline Feedbacks
View all comments